Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan MR-in yaşayış ərazilərinin 90 faizində simsiz internet xidmətləri göstərilir



Hazırda Naxçıvan Muxtar Respublikasının yaşayış ərazilərinin 90 faizində simsiz internet, 81 faizində isə genişzolaqlı internet xidmətləri göstərilir.

Naxçıvan MR-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, muxtar respublikanın mövcud telekommunikasiya sisteminin 92 faizi optik şəbəkəyə birləşdirilib. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan verib, ötən ilin avqust ayından etibarən Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanılıb.

Bundan əlavə, muxtar respublikanın daxili telekommunikasiya şəbəkəsinin alternativliyinin yaradılması məqsədilə şəhər və rayonlara çıxış verilməklə Ordubad-Sədərək fiber-optik kabel magistralının tikintisinə başlanılıb.

CAHANGİR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 




09/12/13    Çap et