Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Sudana milli domen verilib


Cənubi Sudan sakinləri domen adlarını “ss” milli domenində qeydiyyatdan keçirə bilərlər. Bu domeni dövlətə Beynəlxalq Standartlaşdırma Təşkilatı verib. "Milli domenlər onların suveren dövlətlər tərəfindən istifadə edilməsi üçün ehtiyat saxlanılıb. Bütün ölkələr şəxsi domenlərə malikdir. Sudan üçün bu, “sd”, lakin Cənubi Sudan üçün “ss” domeni seçilib", - respublikanın telekommunikasiya və poçt xidməti üzrə nazir müavini Daniel Cuma bildirib.
Dövlət strukturları, ictimai təşkilatlar, şirkətlər və fiziki şəxslər “ss” domenində adı qeydiyyatdan keçirərək göstərirlər ki, onlar Cənubi Sudan ərazisində fəaliyyətdədirlər. Həmçinin, respublikada 249 beynəlxalq telefon kodundan 211-ə keçid davam edir. Yeni kod Cənubi Sudana Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən verilib. Proses dekabr ayının 15-də tamamilə başa çatacaq. Məlumat üçün qeyd edək ki, 2011-ci il iyul ayının 9-da dünyanın siyasi xəritəsində yeni müstəqil dövlət - Cənubi Sudan Respublikası yaranıb.


infox.ru




13/08/11    Çap et