Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2020-ci ilədək tədarük edilmiş daşıyıcıların ümumi həcmi təxminən 10 zettabayt olacaq
Analitiklərin qiymətləndirməsinə görə, bu il istifadəçilər 3,5 zettabayt həcmində məlumat yaradacaqlar. Müqayisə üçün qeyd edək ki, 2006-cı ildə bəşəriyyət tərəfindən yaradılmış rəqəmli informasiyanın ümumi həcmi 0,16 zettabayt olub.
Gözlənildiyi kimi, 2020-ci ilədək tədarük edilmiş daşıyıcıların (ümumi və daxili) ümumi həcmi 9,8 zettabayt olacaq. Bu halda yaradılmış informasiyanın həcmi 40 zettabayt təşkil edəcək.
“ICTnews” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, eyni zamanda, “IDC” analitik şirkəti qlobal xarici məlumat saxlanc diskləri bazarında qüvvələr nisbətini qiymətləndirib. Məlumata əsasən, bu seqmentdə iyul-sentyabr aylarında gəlir 5,7 milyard olub ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5% daha azdır.
Emil Hüseynov
09/12/13 Çap et