Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
70 milyon rubl oğurlamış hakerlər saxlanılıb
Polis ziyanverici proqram təminatı vasitəsilə bank hesablarından 70 milyon rubl oğurlamaqda şübhəli olan 13 nəfərdən ibarət cinayətkar qrupu saxlayıb.
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, saxlanılanlar arasında “Pauch” təxəllüsü altında tanınan haker də var.
İstintaq məlumatına əsasən, 2011-ci ildən etibarən Rusiyanın ərazisində, internetdə ziyanverici proqram təminatı (bank troyanı) yayaraq fiziki və hüquqi şəxslərin hesablarından vəsaitlər oğurlayan cinayətkar birlik fəaliyyət göstərib.
Viruslar vasitəsilə hakerlər hesablara çıxış loqinləri, parollar, elektron açarlar və sertifikatlar əldə ediblər. Bu məlumatları əldə edərək, cinayətkarlar banklara hesab sahiblərinin adından saxta ödəniş tapşırıqları göndərməklə öz hesablarına pullar köçürüblər.
Qruplaşmanın üzvlərindən biri “Paunch” təxəllüslü haker kibercinayətkarlar arasında məşhur “Blackhole” və “Cool Exploit Kit” eksployt birləşmələrinin (internetlə işləmək üçün proqram təminatı boşluqları), həmçinin “Crypt.am” fayllarının anonim antivirus yoxlama servisinin yaradıcısı kimi tanınır. O, Tolyattidən 27 yaşlı reklam və turizm üzrə menecer olub.
Cinayətkarların fəaliyyəti nəticəsində Moskva, Tümen, Ulyanovsk, Krasnodar, Petrozavodsk və Kursk vilayətinin banklarının müştəriləri zərər çəkiblər.
Şübhəli şəxslər “Bir və ya bir neçə ağır və xüsusi ağır cinayətlərin edilməsi məqsədi ilə cinayətkar birliyinin yaradılması və iştirak” maddəsi üzrə ittiham ediliblər, onlar 5-10 il azadlıqdan məhrum edilə bilərlər.
Aynur Vəliyeva
09/12/13 Çap et