Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” onlayn satışda 10 dəqiqədə 10 min smartfon satıb


Çinin “Xiaomi” şirkəti beynəlxalq onlayn satış marafonunda 10 dəqiqədə 10 min “Hongmi” smartfonunu satıb. “Tech In Asia” nəşri yazıb ki, qurğular Tayvanda istifadəçilərə 3999 yeni Tayvan dollarına (təxminən 135 dollar) təklif edilib.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, alışı “Paypal” üzərindən ödəmək mümkün idi.

“Xiaomi” şirkəti  2013-cü ilin aprelində Tayvan bazarına çıxıb.
Bundan əvvəl bildirilmişdi ki, “Xiaomi” şirkəti 10 dəqiqədə “WeChat” messenceri ilə 150 mindən çox “Mi3” qabaqcıl smartfonu satıb.

Emil Hüseynov
 
 
 
 




09/12/13    Çap et