“Samsung” ultrabuklar üçün dünyanın ilk 1 terabaytlıq toplayıcısını təqdim edib
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti “840 EVO” SSD-toplayıcısının “mSATA” formatında yüksəksürətli versiyasını təqdim edib.
“mSATA” formatında yeni “840 EVO” toplayıcısı 2,5 düym form-faktora malik olmaqla adi SSD-toplayıcılarından dörd dəfə kiçikdir, lakin 1 terabaytadək tutuma malikdir. Qurğunun çəkisi 8,5 qram, qalınlığı 3,85 millimetr təşkil edir. Kompakt ölçülər onu hazırda toplayıcıları kiçik tutuma malik olan ultrabuk və “Windows” əməliyyat sistemli planşet kompüterlərdə tətbiq etməyə imkan verir.
Cənubi Koreya şirkəti nümayəndələrinin sözlərinə görə, "840 EVO” 10 nanometrlik texnoloji proses üzrə hazırlanan 128 giqabayt tutumlu “NAND” tipli yüksək məhsuldarlıqlı fləş-yaddaş mikrosxemləri əsasında qurulub. Bu çiplərin kütləvi istehsalına cari ilin aprelində başlanıb.
Qeyd edək ki, “Samsung Electronics” Cənubi Koreyanın nəhəng operativ və fləş-yaddaş mikrosxemləri, eləcə də məişət və kompüter elektron texnikası istehsalçısıdır, - "Digit
www.digit.ru” yazır.