Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Milli innovasiya sisteminin yaradılması istiqamətində Elmi İnnovasiyalar Mərkəzində 6 mövzu üzrə elmi tədqiqat işi aparılıb
Cari ildə Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzində elmi tədqiqat işlərinin planına əsasən milli innovasiya sisteminin yaradılması istiqamətində 6 mövzu üzrə elmi tədqiqat işi aparılıb.
Mərkəzdən bildirilib ki, aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq, “Azərbaycanda innovasiya potensialının təhlili” monoqrafiyası, “Elmi təşkilatların fəaliyyətinin qiymətləndirilməsi üzrə metodika”, “Regional innovasiya sisteminin təşkili və idarə edilməsi”, “İnnovasiya texnologiyalarının kommersiyalaşdırılması üzrə biznes-planın işlənilməsi” metodikası, “Regional İnnovasiya Proqramının tərtibatı” metodikası, “Milli innovasiya sisteminin təşkili və idarə edilməsi” və s. dərslikləri çap edilib.
Eyni zamanda EİM-in birillik fəaliyyəti dövründə əldə olunan mühüm elmi nəticələr 2 (1-i xaricdə) monoqrafiya, 3 metodik tövsiyə, 2 dərslik (1-i xaricdə), açıq mətbuatda 20 məqalə (10-u xaricdə), 5 konfrans materialında (3-ü xaricdə) öz əksini tapıb. Mərkəzdə 3 seminar və 6 aylıq ixtisasartırma kursu təşkil edilib.
Həqiqət İSABALAYEVA
10/12/13 Çap et