“Bitcoin”lər kiberhücumların artımına səbəb olublar
Ekspertlər bildirirlər ki, “bitcoin” kriptovalyutasının uğuru nəticəsində kiberhücumların sayı artıb.
“ICTnews” xəbər xidmətinin “
www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, hücumçular qurbanlarının kompüterlərini bloklayaraq onlardan girov tələb edirlər.
“McAfee” şirkətinin hesabatına görə, pul qoparmaq niyyəti və kompüter məlumatlarının şifrlənməsi məqsədi ilə həyata keçirilən hücumların sayında son iki ilyarım ərzində onqat artım qeydə alınıb. Belə ki, ötən rübdə kibercinayətkarların pul qoparmaq niyyəti ilə həyata keçirdiyi 300 minə yaxım insident qeydə alınıb.
Hakerlərin “bitcoin”lərə marağının səbəbi bu kriptovalyuta axınını, “klassik valyuta” tranzaksiyalardan fərqli olaraq izləməyin daha çətin olmasıdır. Virtual valyuta adi pula çevrilənədək anonim olaraq qalır. Hazırda “bitcoin”in məzənnəsi 1000 dolları aşıb.
Aynur Vəliyeva