“Nokia” Hindistan hökumətinə görə 370 milyon dollar təklif edib
“Nokia” şirkəti Hindistan hökumətinə dondurulmuş zavodunun açılması üçün 369 milyon dollar ödəməyi təklif edib.
“ICTnews” xəbər xidmətinin “
www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Nokia” Hindistan aktivlərinin açılmasına 487 milyon dollar təklif edib ki, onları “Microsoft” korporasiyasına bağladığı müqavilə çərçivəsində ötürsün.
Xatırladaq ki, fin şirkəti öz aktivlərini azad etməyə cəhd edir, o cümlədən Çennaidəki zavodunu. Həmin zavod “Nokia”nın ən iri istehsal mərkəzlərindən biridir. Bugünkü təklif, “Nokia”nın öncə təklif etdiyi 85 milyon avronun ardınca gəlir. Hindistan hökuməti “Nokia”nın hazırkı təklifi ilə razılaşmağa hazır olsa da, rəsmi cavab verməyib.
İlkin mərhələdə Hindistan hökuməti “Nokia”dan dəyən vergi ziyanına görə 338 milyon dollar tələb edib. Bu müqavilənin bağlanması prosesinin 2014-cü ilin birinci rübündə başa çatacağı gözlənilir. Çennaidəki zavod Hindistanın vergi orqanları tərəfindən bağlandığına görə müqavilənin bağlanması yubadılır.
Bu gün Dehlinin Ali Məhkəməsi “Nokia”nın Hindistandakı aktivlərinin statusunu müəyyən etməlidir.
Aynur Vəliyeva