Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Yahoo!” “Imgur” fotoxidmətini satın almağı planlaşdırır
“Yahoo!” internet şirkəti Marissa Mayerin rəhbərliyi altında satınalma mövsümünə davam edir. Bu dəfə populyar “Imgur” fotomübadilə saytı şirkətin hədəf nöqtəsinə tuş gəlib. Şirkətlərə yaxın mənbələrin məlumatına görə, hazırda “Yahoo!” və “Imgur” arasında danışıqlar son mərhələdədir və yaxın vaxtlarda saziş haqqında elan edilə bilər.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Imgur” fotoxidməti “Reddit” və başqa populyar veb-platformaların istifadəçiləri tərəfindən fəal tətbiq edilir.
Hazırda “Imgur” xidmətinin auditoriyası aylıq təxminən 100 milyondur.
Emil Hüseynov
10/12/13 Çap et