Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda hava limanlarının vahid lokal idarəetmə sisteminin yaradılması məsələsi müzakirə edilir
“Gilat Satellite Networks” şirkəti Azərbaycanın “Air Trafik Control” Agentliyi ilə hava limanlarının vahid idarəetmə sisteminin yaradılması layihəsinin həyata keçirilməsi ilə bağlı danışıqlar aparır.
Şirkətin Mərkəzi Asiya və Qafqaz üzrə nümayəndəliyinin baş direktoru Yevgeni Lupenkonun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu sistem yerüstü rabitədən asılı olmayan lokal vahid idarəetmə şəbəkəsi üzərində işləyəcək.
“Sistemin əsas fəaliyyət istiqaməti məlumatların ötürülməsi, telefoniya xidmətlərinin göstərilməsi, küləyin sürətinin müəyyən edilməsi, hava limanlarının fəaliyyətinin sinxronizasiyasını təmin edilməsi, ətraf mühitin vəziyyəti ilə bağlı məlumatların monitorinqinin həyata keçirilməsi olacaq”,- deyə o bildirib.
Aynur Vəliyeva
10/12/13 Çap et