Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan və Səudiyyə Ərəbistanını təmsil edən İKT şirkətləri bir araya gəlib
Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan arasında biznes forum keçirilib.
Bakıda baş tutan tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, neft-kimya, tikinti, qida, təhsil, ticarət, İKT, maliyyə və s. sahələri təmsil edən 100-dən çox şirkət iştirak edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, forumda çıxış edən İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdiyini vurğulayıb.
Biznes forumun iş adamları arasında maraqla qarşılandığını qeyd edən nazir belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin iş adamları arasında biznes təşəbbüslərinin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə və ikitərəfli ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirib.
Bakıya səfərindən məmnunluğunu ifadə edən Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman ölkəmizdəki davamlı iqtisadi inkişafdan, yaradılmış əlverişli biznes mühitindən məmnunluğunu ifadə edə edərək bildirib ki, Azərbaycanda müşahidə edilən dinamik iqtisadi inkişaf ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu baxımından faydalıdır.
SEYMUR
11/12/13 Çap et