Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter”in səhmləri rekord qırıb
Bu il dekabrın 10-da “Twitter” mikrobloqlar xidmətinin səhmlərinin qiyməti 52,58 dollar olub. Bu isə rekorddur.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, dekabrın 9-da şirkətin rəhbərliyi bir sıra yeniliklər haqqında elan etdikdən sonra “Twitter”in səhmləri kəskin bahalaşıb. İstifadəçilərə reklamın göstərilmə təcrübəsində yenilik edilib və hazırda brauzerin saxladığı veb-səhifələrə daxilolma tarixinə əsaslanaraq xüsusi seçilmiş reklamları görmək mümkün olacaq.
Noyabrın 7-də “Twitter” ilk dəfə olaraq öz səhmlərini Nyu-York Fond Birjasında (NYSE) yerləşdirib. Səhmlər 26 dollar məbləğində birjada yerləşdirilib, lakin sonradan səhmlərin qiyməti 45,1 dollaradək bahalaşıb.
Emil Hüseynov
11/12/13 Çap et