Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

89 yaşlı Corc Buş “Twitter”də hesab açıb



 ABŞ-ın 41-ci prezidenti 89 yaşlı Corc Buş (ata) “Twitter” sosial şəbəkəsində hesab açıb.

“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, ABŞ-ın keçmiş liderinin mikrobloqlar xidmətində yazdığı il tvit CAR-da bu ölkənin sabiq prezidenti Nelson Mandelanın cənazə duası ilə bağlı olub.
"Təəssüf ki, mən və Barbara (prezidentin xanımı) bu gün ABŞ nümayəndə heyətinə qoşula və Mandelanın xatirəsini yad edə bilmədik. Biz dualarımızla onun yanındayıq" – Corc Buş yazıb.

Hesabın mövcudluğunun iki saatı ərzində ona 10 mindən çox insan abunə olub.
Xatıqladaq ki, Nelson Mandela keçən həftənin cümə axşamı 96 yaşında dünyasını dəyişib.

Emil Hüseynov




11/12/13    Çap et