Hər onuncu “iPhone” istifadəçisi smartfonun ən son modelinə sahibdir
"iPhone 5s" smartfon modelinin "iPhone 5c" ilə müqayisədə yüksək populyarlığı hamıya məlumdur. "Mixpanel" şirkətinin analitikləri yeni modellər arasında tələbatın hansı səviyyədə olmasını müəyyənləşdirməyə çalışıblar.
Analitiklərin hesablamalarına əsasən, "iPhone 5s"-in hazırda aktiv olan bütün smartfonlar arasında payı 10 faiz təşkil edir. Lakin bunun üçün 2,5 ay lazım olub ki, bu da "iPhone 5" ilə müqayisədə iki və ya üç dəfə sürətlidir.
Ötən il "iPhone 5" payını həftədə 0,25-0,5 faiz sürətlə genişləndirdiyi (hazırda "iPhone 5c" kimi) halda "iPhone 5s" 0,75-1 faizlik paya malikdir.
Xatırladaq ki, "Apple" brendli yenilənmiş smartfonlar 20 sentyabr 2013-cü ildən satışa çıxarılıb. Satışlar başlayandan üç gün sonra satış həcmi 9 milyon ədədi ötüb. Tələbatın hansı nisbətdə olması barədə şirkət məlumat verməyib.
"Localytics" şirkəti analitiklərinin məlumatına görə, "iPhone 5c" start satışlarının həcminə görə qabaqcıl modeldən təxminən 3,7 dəfə geri qalıb. "Consumer Intelligence Research Partners" (CIPR) şirkətinin sorğusuna əsasən, sentyabrın sonunda "Apple" şirkətinin smartfonunu alan istifadəçilərin 64 faizi "iPhone 5s" modelini seçib, 27 faiz isə "iPhone 5c"-yə üstünlük verib.
ABŞ-da bir müddət istehlakçıların "iPhone 5c" modeli ilə tələbatını ödəməkdə çatışmazlıq müşayiət olunsa da, hazırda bu aradan qaldırılıb. "Apple"ın onlayn mağazasında sifariş verildikdən sonra aparatın çatdırılma müddəti bir neçə həftədən 1-3 günədək azaldılıb. "Piper Jaffray" analitikləri bildirirlər ki, "iPhone 5s"-in istənilən modelini ABŞ-da "Apple Store"un bütün pərakəndə mağazalarında sərbəst almaq mümkündür, - "3DNews
www.3dnews.ru" yazır.