Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azerfon” şirkəti “Nar Mobile” şəbəkəsində rouminq tariflərində dəyişiklik edib
Azərbaycanın ilk “3G” operatoru olan “Azerfon” şirkəti bu yaxınlarda rouminq xidmətlərinin tariflərində dəyişikliklər edib.
Şirkətin baş icraçı direktoru Kent Maknilinin verdiyi məlumata əsasən, “Nar Mobile”ın xarici ölkələr üzrə tətbiq etdiyi beş tarif zonası bir tarif ilə rouminq xidmətləri göstərəcək.
“Beləliklə, digər ölkələrin operatorları ilə bağladığımız müqavilələr əsasında eyni tariflə rouminq xidmətləri göstərmək niyyətinə gəlmişik və nəticədə bir istiqamətdə gəlir itkisi, digər istiqamətdə əldə edilən gəlirlə özünü ödəyir. Beləliklə də şirkət öz gəlirini və abunəçilərin məmnunluğunu təmin etmiş olur. Yeni rouminq tarifləri ilə bağlı yaxın günlərdə reklam kampaniyasının başlanması da gözlənilir”,- deyə o bildirib.
Aynur Vəliyeva
11/12/13 Çap et