Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IDC”: məlumat emalı mərkəzlərinin inşası “Ethernet” avadanlığının satışını artırıb



“IDC” analitik şirkəti mütəxəssislərinin fikrincə, məlumat emalı mərkəzlərində “10-Gigabit Ethernet” və “40-Gigabit Ethernet” standartlarının yayılması kommutator avadanlığının satış həcminin artmasına səbəb olub. Cari ilin üçüncü rübündə bazarın həcmi 6,5 faiz artaraq 5,66 milyard dollar təşkil edib. “10-Gigabit Ethernet” portlarına nisbətdə satış həcmi ötən illə müqayisədə 40 faiz artaraq 4,97 milyon porta çatıb. Analitiklərin sözlərinə görə, “40 Gigabit Ethernet” bazarı ilkin inkişaf mərhələsindədir və hələ yüksək inkişaf səviyyəsinə çatmayıb.

Bazarda “Ethernet” kommutatorunun əsas tədarükçüsü “Cisco” şirkəti olaraq qalır. Üçüncü rübdə bu şirkətin dünya satış həcmində payı 62,3 faiz təşkil edib. “10 Gigabit Ethernet” seqmentində “Cisco”nun payı 65,9 faizə bərabər olub ki, bu da ötən illə müqayisədə 2,6 faiz azdır. İkinci yerdə 9,4 faiz payla "Hewlett-Packard” (HP) şirkəti qərarlaşıb. "Alcatel-Lucent”, “Juniper” və “Dell” şirkətlərinin birlikdə payı “HP”-nin payına çatmır.  
Şəbəkə avadanlığına tələbat təkcə stasionar şəbəkələrin inkişafı sayəsində deyil, həm də mobil qurğuların yayılması ilə artır, - analitiklər qeyd edir, - "Computerworld www.osp.ru” yazır.
 
 




11/12/13    Çap et