Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azerfon” şirkəti startapların tətbiqini genişləndirmək niyyətindədir
Azərbaycanın ilk "3G" operatoru "Azerfon" şirkəti gələcəkdə innovativ startap layihələrin həyata keçirilməsinə daha çox diqqət yetirmək niyyətindədir.
Şirkətin baş icraçı direktoru Kent Maknilinin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, ötən həftə "Bakutel-2013" sərgisində "Nar Mobile" şirkəti özündə "Mobile TV", internet, yaddaş kitabçası və s. xidmətləri birləşdirən "NarHome" cihazını təqdim edib.
"Gələcəkdə biz bu tipli layihələrin sayını artırmaq niyyətindəyik. Eyni zamanda biz bu günlərdə "Nar Mobile"ın ofisində innovasiya mərkəzinin işə salınması layihəsi çərçivəsində görüş keçirmişik və yaxın zamanda bu mərkəzin işə başlaması gözlənilir", - deyə o bildirib.
Aynur Vəliyeva
11/12/13 Çap et