Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çində ilk “bulud” kompüteri yaradılıb
Çində ilk "bulud" kompüteri yaradılıb. "Sinxua" agentliyinin yaydığı məlumata əsasən, internet istifadəçilərinə "Cloud PC" funksionalı təqdim edən veb-xidmətin hazırlanması ilə "Unisplendour Corporation Limited" məşğul olub.
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, hazırda bu kompüterdə təxminən 85 petabayt istifadəçi məlumatı (1 petabayt = 1 milyon qiqabayt) yerləşdirilə bilər.
"Bulud" texnologiyaları məlumatları sərt diskdə deyil, internet resursunda saxlamağa icazə verir. Nəticədə həmin məlumatlara gecə-gündüz və istənilən kompüterdən giriş əldə etmək mümkündür. Virtual fərdi kompüterdə quraşdırılmış proqramlarla qlobal internetə çıxışa malik istənilən qurğulardan işləmək mümkündür. Bu, ofis kompüterləri, noutbuk, planşet və smartfonlar ola bilərlər.
Emil Hüseynov
12/12/13 Çap et