Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” “Apple” şirkətinə uduzdu


 
Cənubi Koreyanın "Samsung" şirkəti məhkəmədə "Apple" şirkətinə uduzub. Belə ki, məhkəmə "iPhone" və "iPad" qurğularının Cənubi Koreya ərazisində satışına qadağa qoymayıb.
 
 "Röyters" agentliyinin məlumatına görə, "Samsung" şirkəti ABŞ şirkətini mobil qurğuların istehsalı ilə bağlı üç patentin pozulmasında ittiham edib.
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, Lakin Seul Mərkəzi dairə məhkəməsinin hakiminin qərarına əsasən, "Apple" şirkətinin məhsulu "Samsung"un patentlərini pozmur və onun satışına qadağa qoyula bilməz.
 
Bundan başqa, "Samsung" şirkətinin Cənubi Koreyada "Apple"-ı 95 min dollar məbləğində cərimələmək tələbi də təmin olunmayıb.

Emil Hüseynov





12/12/13    Çap et