Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Asus” şirkəti rəsmən “PadFone Mini” transformerini təqdim edib
Gözlənildiyi kimi, “Asus” şirkəti rəsmən “PadFone Mini” smartfon-transformerini təqdim edib. Qurğu Tayvanda nümayiş etdirilib.
Aparat 960x540 təsvir ölçülü 4,3 düymlük ekran, 1 QB əməli yaddaş, 16 Qb daxili yaddaş və “Qualcomm Snapdragon 400” çipi ilə təchiz edilib.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “PadFone Mini”, həmçinin “LED” işıqlandırıcı, 8 meqapiksellik əsas və 2 meqapiksellik ön kamera ilə təchiz edilib.
Bu seriyaya məxsus başqa qurğular kimi aparat birləşdirici stansiyaya malik smartfondur. Birləşdirici stansiya 1280x800 piksel təsvir ölçülü 7 düymlük ekranla təchiz edilib.
İnformasiyaya görə, ABŞ-da aparatın relizi 2014-cü ilin ikinci rübünə planlaşdırılıb.
Emil Hüseynov
12/12/13 Çap et