Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalı üzərindən tibb sahəsinə dair iki yeni elektron xidmət təqdim edilib


“Elektron hökumət” portalı vasitəsilə istifadəçilərin ixtiyarına verilən elektron xidmətlərin sayı sürətlə artır.  Bu amil vətəndaşların evdən və ofisdən çıxmadan elektron qaydada lazımi xidmətlərdən yararlanmasına imkan yaradır, onların işini asanlaşdırır, eləcə də şəffaflığı təmin edir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Elektron hökumət” portalı üzərindən daha iki yeni elektron xidmət istifadəyə verilib. Yeni təqdim edilən xidmətlər Səhiyyə Nazirliyi tərəfindən göstərilir. Bu xidmətlərə “Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu” daxildir.

CAHANGİR
 





12/12/13    Çap et