Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan alimləri “Kvant informasiyası” mövzusunda beynəlxalq konfransda iştirak edəcəklər


AMEA Fizika İnstitutunun alimləri Koreya Qabaqcıl Tədqiqatlar İnstitutunun dəvəti ilə "Kvant informasiyası" mövzusunda beynəlxalq konfransda iştirak edəcəklər.
 
Bu məqsədlə dekabrın 13-də institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Ənvər Nəhmədov və fizika-riyaziyyat elmləri namizədi Elçin Cəfərov Seul şəhərinə səfər edəcəklər.
 
AMEA-dan verilən məlumata görə, dörd günlük konfransda məqsəd Koreya Qabaqcıl Tədqiqatlar İnstitutu ilə əməkdaşlıq məsələlərinin müzakirəsidir.
 
 
Tədbirdə, həmçinin elmi müəssisənin alimlərinin "İfratkeçirici spin zəncirlərində Mayorana fermionları" və "Heyzenberq spin zəncirlərində yaxın-qonşu təsiri altında kubit səviyyələrin ötürülməsi" mövzusunda məruzələri dinləniləcək.
 
Həqiqət İSABALAYEVA





12/12/13    Çap et