Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiyalar 1 Qbit/saniyə sürəti ilə ötürüləcək


BMT-nin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) informasiyaların 1 Qbit/saniyə sürəti ilə ötürülməsini nəzərdə tutan genişzolaqlı rabitə üzrə yeni standartın -  "G.fast"-in hazırlanması ilə bağlı növbəti mərhələyə qədəm qoyub.
 
Belə ki, BTİ üzvləri standartın ilk təsdiq mərhələsinə çatıb. "G.fast" standartı lifin işinin daha aşağı xərclərlə təminatı üçün mövcud simli şəbəkələrdən istifadəni nəzərdə tutur.
 
Çip istehsalçıları "G.fast" mikrosxeminin dizaynın hazırlanması və bu standartın sınaqdan keçirilməsinə başlayacaqlar.  Tədqiqat qrupu testləri 2014-cü ilin aprel ayında yekunlaşdırmağı planlaşdırır.
 
Yeni standartı bütün dünyada xidmət təchizatçıları və müştərilər üçün mühüm amil kimi dəyərləndirən BTİ ekspertləri qeyd edirlər ki, "G.fast" bir çox üstünlüklərə malikdir. Belə ki, standartın əsas fərqləndirici xüsusiyyəti odur ki, "G.fast" müştərilərə mütəxəssisin texniki köməyi olmadan avadanlığı qurmaq imkanı verəcək. Bu imkan - sərbəst quraşdırmanın mümkünlüyü müştəriyə vaxt qazandırmaqla yanaşı, xidmət təchizatçılarına əlavə xərclərdən qaçmağa şərait yaradır.
 
Həqiqət İSABALAYEVA
 





13/12/13    Çap et