Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sony” smartfon və planşetlər üçün USB fləş-kart təqdim edib
"Sony" şirkəti planşet və smartfonlarla istifadə üçün nəzərdə tutulmuş "USB" yığıcı təqdim edib. Cihaz iki konnektorla (tam ölçülü USB və microUSB) təchiz edilib. Yaponiya şirkətindən hesab edilir ki, fləş-kart məlumatların kompüterdən mobil qurğulara daşınmasını asanlaşdıracaq.
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, 8, 16 və 32 QB tutumlu yığıcılar satışa çıxarılacaq. Onların qiyməti həcmindən asılı olaraq, müvafiq olaraq 20, 30 və 63 dollar təşkil edəcək. Bu cihaz "Android 4.0.3-dən 4.3"-dək versiyaları dəstəkləyir, "Android 4.4 KitKat" versiyasının dəstəklənməsi isə planlaşdırılır.
Fləş-kartla işləmək üçün "File Manager" tətbiqini "Google Play" onlayn mağazasından yükləmək lazımdır. İstifadəçi bu proqramın köməyi ilə faylları köçürə, ləğv edə, yenidən yarada və çeşidləyə biləcək.
Emil Hüseynov
13/12/13 Çap et