Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda tibbi funksiyalara malik “LifeWatch-V” smartfonunun satışına başlanılıb


Artıq  tibbi funksiyalara malik, unikal "LifeWatch-V" smartfonunun Azərbaycanda satışına start verilib.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə "MobiTel" şirkəti məlumat yayıb.

Android əməliyyat sistemi üzərində hazırlanan "Life Watch V" smartfonu müxtəlif diaqnostik testlər təklif edir. Smartfonun xarici görünüşü digər smartfonlardan fərqlənmir. Sadəcə, cihazın korpusuna quraşdırılmış dəqiq, surətli və yüksək keyfiyyətli tibbi sensorların sayəsində 6 cür diaqnostik test keçirmək imkanı var.

"LifeWatch V" istifadəçiləri barmaqlarını cihazın sensorlarına toxundurmaqla öz tibbi göstəricilərini ölçərək smartfona daxil edə bilərlər. "LifeWatch V" EKQ, bədənin hərarətini, nəbzi, qanda şəkərin miqdarını, qanın oksigenlə dolğunluğunu, bədəndə piyin miqdarını, stress səviyyəsini test edərək müayinələrin tarixçəsini yaradır və həmin testlərin nəticələrini həkimə çatdıraraq virtual əlaqə yaradır.
Məlumat üçün bildirək ki, "LifeWatch V" cihazının Azərbaycanda rəsmi distribüteri "MobiTel" şirkətidir.

CAHANGİR





13/12/13    Çap et