Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Analitiklər 2013-cü il üçün İT xərclərin həcmi ilə bağlı proqnozu iki dəfə azaldıblar
Qlobal bazarda qeydə alınan iqtisadi çətinliklərlə əlaqədar şirkətlər informasiya texnologiyaları sahəsinə investisiya yatıra bilmirlər. Nəticədə “Sanford C. Bernstein” şirkətinin analitikləri cari il üçün İT xərclərin həcmi ilə bağlı proqnozu iki dəfə azaldıblar.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin qiymətləndirmələrinə görə, 2013-cü ildə İT üzrə qlobal xərclərin həcmi 2% artacaq, halbuki əvvəl bu göstəricinin 3-4% səviyyəsində olacağı proqnozlaşdırılmışdı. Gələn il isə artım 2-4% təşkil edəcək.
İT direktorları isə hesab edirlər ki, iqtisadi sferada irəliləyiş müşahidə olunmadığı üçün İT sahəsinə sərf olunan xərclərin həcmində artım yoxdur.
Emil Hüseynov
13/12/13 Çap et