Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kibercinayətkarlar daha çox antivirus satıcıları kimi özlərini təqdim edir
İnternetdə fişinq və taypskvottinq (typosquatting – məşhur domenlər yazılışı oxşar olan domen adlarının qeydiyyatı) kimi qanunsuz onlayn fəaliyyətlər narahat olunacaq qədər geniş yayılıb.
“ICTnews” xəbər xidmətinin “http://www.net-security.org” saytına istinadən verdiyi məlumata əsasən, hazırda məşhur antivirus istehsalçısı olan şirkətlərin domenlərinə oxşar “kasperski.com”, “symanrec.com” saytları yaradılır.
Hazırda qlobal şəbəkədə 385 bu cür domen fəaliyyət göstərir, onların 164-ü (42.5 %) saxta domenlərdir və onlar istifadəçiləri səhvən reklam göstərən qanunsuz və ya yarı hüquqi məhsul və xidmətlərin satışını nəzərdə tutan şübhəli saytlara yönləndirirlər. Məlum olub ki, 107 korporativ domen ( 27.7 %) potensial taypskvottinq saytlarıdır və qeyri-qanuni istifadənin qarşısını almaq üçün antivirus şirkətləri tərəfindən qeydə alınıb. Daha 73 (18,9 %) skvottinq domeni aşkar edilib.
Bu antivirus şirkətləri və ya üçüncü tərəflərin gələcəkdə müəyyən məqamda domen almaq istəyi ümidi ilə yaşayan kibercinayətkarlar tərəfindən qeydiyyatdan keçirilmiş saytlardır və onlar aktiv deyillər. Qalan 41 domen biznes üçün qanuni əsaslarla şirkətlər tərəfindən ( məsələn, oxşar Trade Mark və ya şirkət adı) şəxsiyyəti aldatma və ya istifadəçi səhvindən faydalanmaq niyyəti olmadan qeydiyyatdan keçirilmiş domenlərdir.
Keçirilmiş xüsusi araşdırma nəticəsində məlum olub ki, bəzi antivirus şirkətləri belə qeyri-qanuni fəaliyyətlərə diqqət yetirmək və onların qarşısını almaq üçün cəhd edir, misal üçün, “Kaspersky” və “McAfee” üçüncü şəxslər tərəfindən qeyri-qanuni məqsədlər üçün istifadə edilə biləcək domenlərin 70%-dən çoxunu qeydiyyatdan keçirib. Digər şirkətlər isə bu sahəyə daha çox fikir verməlidirlər ki, qanunsuz fəaliyyəti nəzarətdə saxlasınlar və onun qarşısını alsınlar.
Tədqiqatçılar kibercinayətkarlar tərəfindən istifadə olunan domenləri aşkar etmək istəyiblər və bəlli olub ki, onlar arasında ən populyar domenlər bunlardır: “www.symantec.com”, “www.kaspersky.com”, “www.mcafee.com”, “www.avast.com”, “www.bitdefender.com”, “www.avira.com”, “www.norton.com”, “www.f-secure.com”, “www.sdatasoftware.com”, “www.pandasecurity.com”.
Qeyd edək ki, taypskvokerlər öz saytlarında istifadəçilərin önəmli hissəsini toplaya və bunun hesabına reklamdan gəlir əldə edə bilər. Bundan başqa istifadəçi saxta saytda öz loqin və parolunu daxil edirsə, ziyanverici taypskvotter bu məlumatı ona məxsus olmayan məlumata sanksiyalaşdırılmamış müdaxilə edə bilər. Bir çox ölkələrdə taypsvokinq və kiberskvokinq (domeni sonradan qanunsuz istifadə və ya daha baha qiymətə satmaq məqsədi ilə kənar şəxs tərəfindən qeydiyyatdan keçirilməsi) qanuni şəkildə qadağan edilmiş fəaliyyətdir.
Aynur Vəliyeva
13/12/13 Çap et