Biznes üçün mobil qurğuların hər dördündən üçü “iOS” sistemlidir
“Intermedia” korporativ elektron poçt tərtibatçısı kiçik və orta şirkətlərin smartfon və planşet kompüterlərinin aktivləşdirmə həcminin tədqiqinin nəticələrini açıqlayaraq “Enterprise” sektorunda “Apple” şirkətinin böyük fərqlə lider olması müəyyən olunub.
Məlumata görə, 2013-cü ilin yanvar-oktyabrında 190 min "iPhone”smartfonu və“iPad” planşeti aktivləşdirildiyi halda “Samsung” şirkəti “SMB” sektorunda 29 min aktivləşdirilmiş qurğu göstəricisi ilə kifayətlənib. Korporativ mühitdə “iOS” əməliyyat sistemi qurğuların təxminən 76 faizində quraşdırılıb.
Bundan başqa, cari ilin ilk 10 ayı ərzində şirkət və təşkilatlar “Motorola” brendli 13 800 min smartfondan istifadə edib. “Windows” platforması əsasında işləyən aktivləşdirilmiş mobil elektronikanın sayı 93 faiz artsa da, bazardakı payı hələ ki cüzidir.
Tədqiqatda “Intermedia”nın “Microsoft Exchange” bazalı 700 min poçt qeydiyyat kitabçasının məlumatlarından istifadə olunub. Seçimin böyük olması biznes istifadəçilərinin yüksək səviyyədə təmsil olunmasından xəbər verir.
Hesabatda biznes sektorunda “iPhone 5c” ilə müqayisədə “iPhone 5s” smartfon modelinin daha populyar olması da vurğulanır. 2013-cü ilin sentyabr-oktyabrında “Apple” şirkətinin aktivləşdirilən yeni smartfonlarının sayı müvafiq olaraq 6906 və 1521 təşkil edib, - “DailyComm
www.dailycomm.ru” yazır.