Mark Sukerberqdən riyaziyyatçılar üçün 3 milyon dollar
“Mail.Ru Group” və “DST” fondunun yaradıcılarından biri Yuri Milner və “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Sukerberq riyaziyyatçılar üçün 3 milyon dollar məbləğində “Breakthrough Prize in Mathematics” mükafatını təsis etmək niyyətində olduqlarını açıqlayıblar.
Bu, Y.Milnerin təsis etdiyi artıq üçüncü mükafatdır. Belə ki, 2011-ci ildə o, “Google” şirkətinin həmtəsisçisi Sergey Birin, “Facebook” rəhbəri M.Sukerberq və çinli iş adamı Cek Ma ilə birlikdə təbiət elmləri sahəsində nailiyyətlərə görə "Breakthrough Prizein Life Sciences” adlı mükafatın əsasını qoyublar.
2012-ci ilin iyulunda Y.Milner fizika üzrə "Fundamental Physics Prize” elmi mükafatının təsisçilərindən biri olub. İki mükafatın hər birinin məbləği 3 milyon dollar təşkil edir ki, bu da dünyanın ən nüfuzlu elmi mükafatı hesab edilən və məbləği 1,2 milyon dollar olan “Nobel” mükafatının məbləğini iki dəfə üstələyir, - "IT Expert
www.itexpert.org.ua” yazır.