Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” istifadəçilər haqqında daha ətraflı informasiya toplayacaq


"The Daily Mail" nəşri yazır ki, dünyanın ən böyük sosial şəbəkəsi "Facebook"un yaradaсağı alqoritm istifadəçilərə hədəflənən reklam göstəricilərinin təkmilləşdirilməsi üçün  onlar haqqında ətraflı informasiya toplayacaq.

"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, nəşrin məlumatına görə, sosial şəbəkə hədəflənən reklam satışları üzrə yaxşı nəticələr əldə etmək üçün fotoşəkil, layk və istifadəçilərin ziyarət etdikləri məkanlar haqqında informasiya toplayacaq.

Nəşr qeyd edir ki, sosial şəbəkə süni intellekti araşdırmaq üçün tədqiqat laboratoriyası yaratmaqdan ötrü Nyu-York universiteti ilə əməkdaşlığa başlayıb.

Emil Hüseynov




16/12/13    Çap et