“Dell” 300 milyon dollar məbləğində yeni İT fondu yaradıb
“Dell” şirkəti məhsullar üçün əhəmiyyət kəsb edən texnologiyaların tanıdılması üçün 300 milyon dollar məbləğində vençur fond təsis edib. Fond şirkətlərə məlumatların saxlanılması, “bulud” hesablamaları, böyük məlumat kütləsinin idarə olunması, informasiya texnologiyaları təhlükəsizliyi sahəsinin, eləcə də yeni nəsil məlumat emalı mərkəzlərinin ilkin inkişaf mərhələsində investisiyalar yatıracaq. Bu barədə ABŞ istehsalçısının maliyyə direktoru Brayen Qleddel bildirib.
Vençur fond şirkət yaradıcısı Maykl Dell və “Silver Lake Partners” fondunun təşəbbüsü ilə 24,9 milyard dollara özəlləşdirildikdən bir neçə ay sonra yaradılıb.
Yeni fond şirkətlərin bazarda inkişafı üçün təşəkkülündə və yardımın göstərilməsində rol oynayacaq. B.Qleddel bildirib ki, əvvəllər “Dell” şirkət üçün maraqlı olan və investisiya yatırmaqda davam edəcək sahələrdə alışlar həyata keçirib. Yeni fondun fəaliyyətinə “Dell Ventures” bölməsi nəzarət edəcək.
M.Dellin sözlərinə görə, şirkət uzunmüddətli perspektivdə korporativ avadanlıq, korporativ servis və mobil istiqamətlərə böyük diqqət yetirməkdə davam edəcək. Şirkət yaradıcısı əlavə edib ki, “Dell” artıq səhmdarlar qarşısında öhdəliyi olmadığından hazırda daha sərbəstdir və buna görə də öz işlərinə, eləcə də müştərilərlə dialoqa xüsusi diqqət yetirə biləcək, - "Cybersecurity
www.cybersecurity.ru” yazır.