Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın onlayn ödəmə portalının istifadəçilərinin sayı 90 mini ötüb
“Hesab.az” onlayn ödəmə portalının istifadəçilərinin sayı artıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, hazırda “Hesab.az”da qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından yararlanan istifadəçilərin sayı 90 285 nəfərə çatıb.
“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan “Hesab.az” istənilən mobil operatorun, əksər internet-provayderlərin, kabel televiziya şəbəkələri, kommunal və digər şirkətlərin xidmətlərini istənilən banka məxsus plastik kartlar vasitəsilə ödəmək imkanı verir.
Qeydiyyatdan keçən istifadəçilər şəxsi kabinet aça, ödəniş tarixçələrini apara və bonus kampaniyasında iştirak edərək müxtəlif növ hədiyyələr ala bilərlər.
Portalın tərəfdaşı olan şirkətlərin xidmətlərini, həmçinin cib telefonları vasitəsilə “m.hesab.az” mobil resursundan da ödəmək olar.
CAHANGİR
16/12/13 Çap et