Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Orbital Sciences” Beynəlxalq kosmik stansiyaya kosmik aparatının buraxılışını yubadır
NASA kosmik aqentliyi ilə “Orbital Sciences Corp” şirkəti ilə bağlanılan sazişə əsasən “Orbital-1” yük kosmik apparatının buraxılışı yubadılacaq.
“ICTnews” xəbər xidmətinin www.cybersecurity.ru saytına istinadən verdiyi məlumata əsasən,son iş qrafikinə uyğun olaraq “Cygnus” yük kosmik apparatının buraxılması dekabrın 19-dam tez olmamalıdır.
“Orbital Sciences”ın “Cygnus” yük apparatları Beynəlxalq kosmik stansiyasının iş fəaliyyətini dəstəkləmək üçün tələb olunan yükləri daşımaq məqsədi ilə buraxılır.
Apparatın orbitə buraxılacağı tarix ilkin mərhələdə sabaha nəzərdə tutlmuşdu, lakin ötən həftə məlum olub ki, beynəlxalq kosmik stansiyada soyuducu nasoslardan biri sıradan çıxıb. Bu problemi bu həftə ərzində NASA tərəfindən həll etmək planlaşdırılır.
“Cygnus” stansiya istiqamətində dekabrın 19-da buraxıldığı halda dekabrın 22-də onlar birləşəcəklər. “Cygnus”un Beynəlxalq kosmik stansiya ilə birləşməsini “Harmony” birləşdirici modul vasitəsi ilə mümkün olacaq.
Aynur Vəliyeva
16/12/13 Çap et