Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gmail”də yeni funksiyalar


“Google” şirkəti “Gmail” veb-poçt platformasında və “Google Docs” ofis sənədləri ilə iş sistemində istifadəçi interfeysi üçün yeniləmələr seriyasını təqdim edib. Şirkətdən bildiriblər ki, elan edilmiş yeniliklər istifadəçilərə daxil olan məktublar üçün əvvəlcədən baxış funksiyasının reallaşdırılması hesabına öz elektron məktublarını daha yaxşı idarə etməyə kömək edəcək. Əlavə olaraq, şirkət elektron poçtun mobil sistemi üçün istifadəçi interfeysini yeniləyib. Burada istifadəçi müxtəlif səhifələrə keçdikdə animasiyalı keçidlər, həmçinin bir sıra digər yeniliklər əlavə olunur. Məsələn, daxil olan məktublar qovluğunun tərkibinin jest funksiyaları ilə yenilənməsi imkanı. “Google Docs” xidmətindəki yeniləmələr isə qısa düymələr və interfeysin bəzi naviqasiya elementləri ilə bağlıdır. “Google Docs”da elektron cədvəllərlə iş sistemi indi sənəd daxilində cədvəl və müxtəlif məlumatları daha sadə köçürməyə və yerləşdirməyə icazə verir. Sənədlərin “siçan” vasitəsilə idarə olunması ilə bağlı bəzi yeni funksiyalar da yaranıb.


cybersecurity.ru




15/08/11    Çap et