Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səudiyyə Ərəbistanı hakimiyyəti “WhatsApp” və “Viber” messencerlərinə çıxış imkanı yaradıb


Ötən şənbə günündən etibarən Səudiyyə Ərəbistanının telekommunikasiya tənzimləyici orqanı yerli istifadəçilər üçün "Viber" və "WhatsApp" mobil messencerlərinə çıxış imkanı yaradıb. Bundan əvvəl hər iki məhsul istifadəçilər üçün bloklanmışdı, çünki hakimiyyət trafiki monitorinq etmək imkanına malik deyildi.

Bu ilin iyununda yerli tənzimləyici orqan bildirib ki, bu tətbiqlərin tərtibatçıları bəzi tələbləri yerinə yetirmirlər, buna görə də yerli operatorlara messencerlərin işini bloklamaq əmri verilmişdi.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şənbə və bazar günləri "WhatsApp" və "Viber" messencerlərinin bir çox yerli istifadəçiləri bildiriblər ki, məlumat mübadiləsi mümkün olub. Milli telekommunikasiya tənzimləyici orqanı messencerlərin iş prosesinin bərpası ilə bağlı heç bir şərh verməyib.

Emil Hüseynov
 




16/12/13    Çap et