Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2017-ci ilədək elektron tullantıların həcmi 33% artacaq
BMT-dən hesab edirlər ki, 2017-ci ilədək dünyada elektron tullantıların həcmi 33% artacaq. Elektron tullantıların probleminin həllinə dair layihənin hesabatında deyildiyi kimi, 2017-ci ilədək hər il tullanılan elektron məhsulların çəkisi 65,4 milyon tona qədər artacaq. Həm də ən böyük artım inkişaf etməkdə olan ölkələrin payına düşəcək.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, BMT-nin müxtəlif xidmətləri, ictimai təşkilatlar və istehsalçı şirkətlərin məlumatına görə, bu il elektron məhsulların sayına görə Çin birinci olub, ikinci yerdə ABŞ qərarlaşıb. Ümumiyyətlə, inkişaf etməkdə olan ölkələr və keçid iqtisadiyyatına malik ölkələr birlikdə inkişaf etmiş ölkələr qədər elektron tullantılar istehsal edir.
Elektron tullantılar – akkumulyator və ya elektrik naqili ilə təchiz edilmiş istənilən predmetdir: tərkibi adətən insan və ətraf mühit üçün zərərli materiallardan ibarətdir.
Emil Hüseynov
17/12/13 Çap et