Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant layihələrini 12 ballıq qiymətləndirmə sistemi ilə seçməyi nəzərdə tutur



Bu həftə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun müşahidə şurasının növbəti iclası keçiriləcək.

Fonddan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, iclasda Fondun fəaliyyətini müəyyən edən məsələlər və yeni hazırlanmış qrant layihələrinin seçilməsi meyarları müzakirə ediləcək.

Müşahidə Şurasının müəyyən etdiyi meyarların ilkin variantı layihələrin meyarlar üzrə qiymətləndirilməsi, maliyyələșdirilməsi ilə bağlı məqsədyönlü qərarların qəbul edilməsində səmərəliliyi təmin edir. Layihələrin qiymətləndirilməsi on iki meyar üzrə aparılır. Hər bir meyar üzrə layihəyə 1 və ya 0 qiymət verilə bilər. Səkkiz və ya daha artıq balla qiymətləndirilmiş layihələr ekspertizadan keçmiş hesab olunurlar.

Qeyd edək ki, layihələrin əsas kompleks ekspertizasını Fondun tərkibində fəaliyyət göstərən mütəxəssislər həyata keçirəcəklər, lakin seçim prosesinə müstəqil ekspertlərin də cəlb edilməsi nəzərdə tutulub.

Aynur Vəliyeva
 




17/12/13    Çap et