Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HTC” şirkəti güclü smartfon hazırlayır
“HTC” şirkəti, veb-mənbələrin məlumatına görə, payızda “Android 2.3” (Gingerbread) əməliyyat sistemi ilə işləyən 2 yeni kommunikator istehsal edəcək. Monoblok korpusda hazırlanmış “Ruby” və “Holiday” smartfonları 1 Qb əməli yaddaşa, “WiFi” və “Bluetooth 3.0” simsiz əlaqə adapterlərinə, həmçinin 8 meqapiksel kameraya malik olacaq. “Ruby” 1.5 QHz takt tezlikli “Qualcomm Snapdragon” prosessoru, “qhD” (960×540 nöqtə) kəskinlikli 4,3 düyməli sensor ekranla və 2 meqapiksel ön kamera ilə təchiz edilib. “Holiday” smartfonu isə 1,2 QHz takt tezlikli “Snapdragon” prosessoru, 4,5 düym diaqonallı ekran (kəskinlik 960×540 nöqtə) və 1,3 meqapiksel ön kamera ilə təchiz ediləcək. Smartfonların qiymətləri haqqında hələlik məlumat yoxdur.
15/08/11 Çap et