Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” bu həftə videoreklam istifadəyə verir


Dünyanın ən iri sosial şəbəkəsi “Facebook” bu həftənin sonuna kimi öz səhifələrində videoreklam satmağa başlayacaq.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, videoreklam xəbər lentlərində və istifadəçilərin bloqlarında görünəcək.

Bundan başqa, videoreklam “Facebook”un veb-versiyası ilə yanaşı, smartfon versiyasında da təqdim ediləcək.

Xüsusilə “Facebook” üçün yaradılmış ilk reklam çarxlarından biri “Lions Gate Entertainment” studiyasının istehsalı olan “Diverqent” filminin reklamı olacaq. Filmin premyerasının 2014-cü il martın 21-də keçiriləcəyi gözlənilir.

Aynur Vəliyeva




17/12/13    Çap et