Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” sosial şəbəkəsində “Yardım et” düyməsi istifadəyə verilib


"Facebook" sosial şəbəkəsində "Yardım et" düyməsi istifadəyə verilib. "The Los Angeles Times" nəşri yazır ki, yeni funksiya xeyriyyə təşkilatlarının səhifələri və postlarında görsənəcək.

"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, hazırda Qırmızı Xaç, Amerika Kliniki Onkologiya Cəmiyyəti və Water.org səhifələrində sözügedən düymə əlçatandır. Layihəyə qoşulmaq istəyən xeyriyyə təşkilatları "Facebook"un saytındakı ərizəni doldurmalıdırlar.

İstifadəçilər yeni düymənin köməyi ilə 10, 25, 100 və ya 250 dollar məbləğində yardım edə bilərlər. "Facebook"-dan bildirilib ki, vəsait 100 xeyriyyə məqsədlərinə xərclənəcək.

Emil Hüseynov
 




17/12/13    Çap et