Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Barak Obama məşhur İT şirkətlərinin top-menecerləri ilə görüşüb
“Röyters” xəbər agentliyinin yaydığı məlumata əsasən, ABŞ prezidenti Barak Obama ABŞ hakimiyyətinin internet istifadəçilərini izləməsi ilə bağlı məsələni müzakirə etmək üçün “Apple”, “Google”, “Yahoo!”, “Microsoft”, “Twitter”, “Facebook” və başqa İT şirkətlərin top-menecerləri ilə görüşüb.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, Ağ Evdə bağlı qapılar arxasında keçirilən görüş iki saatdan çox davam edib.
"Biz prezidentlə ötən həftə izləmə ilə bağlı elan etdiyimiz prinsiplərimizi müzakirə etmək imkanını qiymətləndiririk. Biz onu islahat yolunda daha təsirli addım atmağa səsləyirik" – İT şirkətlərin bəyanatında yazılıb.
Ağ Ev öz növbəsində bəyan edib ki, prezident açıq, ödənişsiz və innovasiyalı internetə tərəfdardır. Obama həmsöhbətlərin tövsiyələrini dinlədikdən sonra onların və başqa əlaqədar tərəflərin təkliflərinə baxmağa söz verib.
Emil Hüseynov
18/12/13 Çap et