Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ekspert “4K” təsvirli televizorları almamağı tövsiyə edir


Displeylərin diaqnostikası, sınağı və yoxlanılmasında ixtisaslaşan "Display Mate” şirkətinin rəhbəri Reymond Soneyra növbəti dəfə bəyan edib ki, gələcəkdə elektron qurğuların, xüsusilə televizorların təsvir ölçüsünün artırılmasının heç bir mənası yoxdur. Onun fikrincə, tezliklə istehlakçılar “4K” təsvir ölçüsünün “Full HD” formatlı təsvir ölçüsündən üstün olmamasına əmin olacaqlar.    

“4K” təsvir ölçüsünə malik televizorlar bu gün bazarda təqdim olunandan yaxşı ola bilər, lakin bu, piksel sayı ilə bağlılığı olmayan texniki xüsusiyyətlərə aiddir”, - R.Sonyera bildirib.

Digər mütəxəssislər də oxşar fikirdədir. Belə ki, Nyu-York Universitetinin neyrobioloqu Maykl Lendi ultrayüksək təsvir ölçüsünə malik televizorların istehsalını məqsədəuyğun hesab etmir.
Ekspertlər qeyd edirlər ki, əksər hallarda alıcılar "Full HD” və “4K” televizorların göstərdiyi təsvir arasında fərqi seçə bilmir.  

Xatırladaq ki, ötən il R.Soneyra smartfonlarla bağlı eyni fikri səsləndirib. Onun sözlərinə görə, alıcı 1080p və 720p təsvir ölçülü smartfonların ekranında təsvirin keyfiyyətindəki dəyişiklikləri hiss edə bilməyəcək, - "Onliner www.onliner.by” yazır.      
 




18/12/13    Çap et