Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Noutbuk vendorları qiymət artımına dəstək verib



İnkişaf edən bazarlarda noutbuklara və biznes üçün modellərə olan tələbat artımı fonunda, noutbuk panellərinin istehsalçıları qiymət artımı ilə bağlı müraciət ediblər və bəzi noutbuk vendorları, “HP”, “Dell” və “Lenovo” daxil olmaqla, noutbukların istehsalında istifadə edilən müəyyən diaqonallı panellərin qiymətinin artımını  qəbul ediblər.

“ICTnews” xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, noutbuk vendorları tələbat artımı fonunda panel sifarişini artırıblar və nəticədə noutbukların istehsalında istifadə edilən 15 düymlük panellərin təchizatı defisiti əmələ gəlib.

Noutbuk vendorları və panel istehsalçıları qiymətlə bağlı danışıqlarda razılıq əldə edə biliblər, müəyyən həcmədək sifarişlərin qiymətində kiçik qiymət artımı olacaq, lakin qeyd edilən müəyyən edilmiş həcmdən artıq sifarişlərin qiyməti əhəmiyyətli dərəcədə artacaq. Nəticə olaraq, noutbuklar üçün 15 düymlük panellərə qiymət təklifləri 3-15% artıb.

Aynur Vəliyeva




18/12/13    Çap et