Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsi məktəblilər arasında keçirilə bilər



Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsini davam etdirmək məsələsini müzakirə edir.

Müsabigənin məktəblilər arasında davam etdirilməsi planlaşdırılır.

“Məktəblilər arasında “Mən Azərbaycanlıyam” müsabiqəsinin keçirilməsi böyüyən yeni nəslin ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, coqrafi mövgeyi və s. haqda məlumatları yiyələnməyə və eyni zamanda bu istiqamətdə informasiya texnologiyalarından geniş istifadə etməyə cəlb edəcək. Məhz buna görədə hazırda bu məsələ müzakirə edilir və gələcəkdə ola bilsin ki, müsabiqə məktəblilər arasında keçirilsin”, - deyə “Mən Azərbaycanlıyam” layihəsinin  müəllifi Üzlüfət Qasımova bildirib.

Qeyd edək ki, “Mən Azərbaycanlıyam” layihəsinin TV variantı artıq dörd ildir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “AzTV” kanalında nümayiş edilir. Bu il Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbüsü ilə müsabiqənin onlayn versiyası altı ay ərzində keçirilib. Müsabiqənin qalibləri aparıcı dünya istehsalçılarının noutbuklarını, mobil qurğularını, kompüterlərini və pul mükafatlarını əldə ediblər.

Aynur Vəliyeva




18/12/13    Çap et