Dünyanın ilk “Quad HD” ekranlı smartfonu təqdim edilib
Pekində dünyanın ilk 2560×1440 piksel təsvir ölçüsünə malik "Quad HD" ekranlı "Vivo Xplay 3S" smartfonunun təqdimat mərasimi keçirilib.
"Vivo Xplay 3S" böyükölçülü ekran diaqonalına (6 düym) malik olan smartfonlar kateqoriyasına aiddir. Displey bu ölçüdə olmaqla təsvir ölçüsü 490 ppi təşkil edir.
Smartfon 2,3 giqahers takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon 800" prosessor və "Adreno 330" qrafik modulu ilə təchiz edilib, həmçinin "LTE" şəbəkələrində işi dəstəkləyir. Bundan başqa, smartfon 3 giqabaytlıq operativ və 32 giqabaytlıq daxili yaddaşa, 13 meqapikselli kameraya, "f/1.8" diafraqmalı obyektiv və barmaq izləri skanerinə malikdir.
"Vivo Xplay 3S" modelinin təsviri "QHD" yüksək təsvir ölçüsündə göstərməsinə baxmayaraq videonun yazılmasını yalnız "1080p" formatında dəstəkləyir. Qurğunun batareyası 3200 milliamper\saat tutumuna malikdir, lakin avtonom rejimdə nə qədər işləməsi barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, "LG" şirkəti 5,5 düym diaqonallı smartfon üçün "Quad HD" displeyinin prototipini nümayiş etdirsə də, belə ekranla təchiz olunan smartfonun buraxılması barədə məlumat verilmir.
"Quad HD" və ya "Quarter HD" "HD" təsvir keyfiyyətinin dörddə bir hissəsini (1/4 və ya 25 faiz) təşkil etməklə 960 ×540 piksel təsvir ölçüsünə malikdir, - "Digit
www.digit.ru" yazır.