Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Milli Net” İnternet mükafatının 2-ci səsvermə müddəti bu gün başa şatır
“Milli Net” İnternet mükafatının 2-ci səsvermə prosesi bu gün başa çatır.
“Milli Net”in Təşkilat komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, 2-ci səsvermə müddəti dekabrın 19-da saat 24:00-da başa çatacaq. Dekabrın 20-də “Milli Net” Təşkilat komitəsinin toplantısının keçirilməsi nəzərdə tutulur.
Dekabrın 24-də isə Milli İnternet Mükafatının ənənəvi yekun Təqdimat mərasimi keçiriləcək.
Təşkilat komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 12 nominasiyanın hər biri üzrə qalib gələnlərə “Milli Net”in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Delta Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilən Milli İnternet Mükafatının baş sponsoru “Azercell” şirkətidir.
Aynur Vəliyeva
19/12/13 Çap et