Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaxın iki ildə dünya iqtisadiyyatında artım tempi sabit olacaq
Yaxın iki ildə dünya iqtisadiyyatında artım tempinin sabit olacağı gözlənilir. BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti və ticarət və inkişaf üzrə Konfransı tərəfindən hazırlanmış hesabata əsasən, bank sistemində vəziyyət heç də ürəkaçan deyil və bu, qlobal maliyyə sabitliyinə ciddi təhlükə yaradır.
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hesabat müəllifləri qeyd ediblər ki, 2014-cü ildə qlobal iqtisadi artım tempi 3%, 2015-ci ildə 3,3% təşkil edəcək. Müqayisə üçün, cari ildə artım tempi yalnız 2%-dən bir qədər çox olub. "2013-cü ildə ikinci il ardıcıl qlobal iqtisadiyyatda zəif inkişaf qeydə alınıb, amma son rübdə vəziyyət yaxşılaşıb ki, bu da BMT-nin müsbət proqnozu ilə nəticələnib" – hesabat müəllifləri deyiblər.
Proqnozlara düzəlişlər edilməsi Avropada uzun sürən durğunluq dövrünün başa çatması və ABŞ-da daha yüksək artım tempi ilə əlaqədardır. Lakin durğunluq dövrünün başa çatmasına baxmayaraq, Qərbi Avropa ölkələrində iqtisadi vəziyyət zəif olaraq qalır. Bu ölkələrdə büdcə vəsaitlərinin kəskin iqtisadi siyasəti və işsizliyin yüksək səviyyəsi saxlanılacaq.
Emil Hüseynov
19/12/13 Çap et