Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “IMEI” kodların elektron imza vasitəsilə qeydiyyatına başlanılır



Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “IMEI (International Mobile Equipment Identification - Mobil cihazların qeydiyyat sistemi)”  kodları yeni üsulla qeydiyyatının təşkili ilə bağlı işlər aparır.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hazırda nazirliyin müvafiq strukturları tərəfindən “IMEI” kodların elektron qeydiyyatının həyata keçirilməsi üzrə işlər aparılır.

Bu üsulun yeniliyi ondan ibarət olacaq ki, artıq “IMEI” kodu qeydiyyatdan keçirmək üçün mütləq elektron imzanın istifadəsi tələb olunacaq. Hazırda biz bu istiqamətdə işlər aparırıq və yaxın zamanda sistem işə salınacaq.
Xatırladaq ki, “IMEI” kodların qeydiyyat sistemi 2013-cü il mayın 1-dən etibarən istifadəyə verilib. 
Azərbaycanda təsdiq edilmiş qaydalara uyğun şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (ölkə mobil operatorlarının SİM kartları vasitəsilə) hər bir mobil cihazın “IMEI” nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır.

Aynur Vəliyeva
 




19/12/13    Çap et