Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elmir Vəlizadə: “Mobil rabitə sahəsində xidmət tariflərinin azaldılması məsələsi müzakirə olunur”
Azərbaycanda mobil rabitə tariflərinin azaldılması istiqamətində yeniliklər gözlənilir. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında bu istiqamətdə daim addımlar atıldığını bildirib:
“Mobil rabitə sahəsində xidmət tariflərinin azaldılması məsələsi müzakirə olunur . Bu istiqamətdə mobil operatorlar, eyni zamanda dövlət qurumları tərəfindən iş aparılır. Müzakirələr başa çatdıqdan sonra konkret, detallı məlumat açıqlanacaq. Bu istiqamətdə addımların atılması gözlənilir və mobil rabitə sahəsində qiymətlərdə dəyişikliklər baş verəcək”.
Həqiqət İSABALAYEVA
19/12/13 Çap et